ES

Bakı — Azərbaycan Respublikasının paytaxtıdır; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2130 km², əhalisi, 2018-ci ilin əvvəlinə 2.262.600 nəfərdir (şəhərətrafı zona əhalisi daxil olmaqla 3.000.000 nəfərdən çox). Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir.

Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neftqaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir. 

Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci sırada, The New York Times qəzetinin "2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri" reytinqində isə 51-ci yerdə qərarlaşıb. 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşıb.

Bakının populyar turist məkanlarından Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhərBakı bulvarıDövlət Bayrağı MeydanıFəvvarələr meydanıAtəşgahŞəhidlər Xiyabanı və Bakı teleqülləsini qeyd etmək olar